Soros Fondunun məlumatları hakerlər tərəfindən yayıldı
Soros Fondunun məlumatları hakerlər tərəfindən yayıldı
15 Avqust 2016 / 10:42 / Baxış sayı: 838
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hakerlər Soros Fonduna hücum ediblər. Bizimxeber.az saytının Blomberg-ə istinadən məlumatına görə, DCLeaks.com saytında daxili məlumatları əks etdirən çoxlu material yayımlanıb. Soros Fondunun sənədlərində  fondun Rusiyanın Avropada inkişafına qarşı fəaliyyəti daha qabarıq şəkildə görünür.

Rusiya təbliğatının qarşısını almaq üçün fond 500 min dollar məbləğ sərf edib. Sənədlər çoxdur, amma aralarında diqqətçəkən materiallardan biri də Sorosun Maydan hərəkatının hazırlanmasında , KİV maliyələşdirliməsində və s. aktiv iştirakıdır.

Mənbələrə inansaq hətta Ukrayna prezidenti Poroşenkonun bir neçə avrapolı general ilə hərbi tərəfdaşlıq məsləhətləşmələri haqqında informasiyalar da var. Hətta Sorosun nəzarətində olan QHT təşkilatların da tam siyahısı verilib. Bu təşkilatlar bütün dünya ölkələrində seçkilərdə çox əhəmiyyətli rol oynayıblar.
Bundan əlavə Corc Sorosun 2011-ci ildə yazılmış elektron məktubuna inansaq Albaniyada olan hərcmərcliyi sakitləşdirmək üçün həmin dövrdə ABŞ baş katibi Hillari Klintona müraciət etməsi də diqqətçəkəndir. “Əziz Hillari, Albaniyada vəziyyət çox ciddidir. Təcili ABŞ-dan hökumət səviyyəsində diqqət gözlənilir”, – 2011-ci ilin 24 yanvarında yazılmış məktubda deyilir.

Milyarder Klintona beynəlxalq səviyyədə Sali Berişa və Edi Ramuya təzyiq göstərmək lazım olduğunu işarə edib. Həmin dövrdə Sali Beriş Albaniyanın baş naziri postunda, Edi Ram isə müxalifət başqanı idi. Bundan əlavə Soros bu məsələdə vasitəçilik edə biləcək 3 nəfərin namizədliyini də irəli sürüb.

Onu da əlavə edək ki, NATO-nun da elektron poçtu hakerlər tərəfindən qırılıb.  Söhbət NATO-nun Avropa qüvvələrində komandanlıq etmiş Filip Bridlavadan gedir. Çap edilmiş yazışmada general amerikalıların Avropaya lazımi diqqət ayırmadığını vurğulayır. Ənənəyə görə haker hücumlarında rus hakerləri günahlandırılır. Amma bunu sübut edəcək heç bir dəlil yoxdur. Lakin buna baxmayaraq The Wall Street Journal nəşri ABŞ hökumətinin   Demokrat partiyasının serveri qırıldıqdan sonra Rusiya əleyhinə yeni sanksiyalar müzakirə etdiyi barədə məlumat verib. ABŞ xüsusi xidmət orqanları iddia edirlər ki, bu kiberhücumun Rusiya tərəfindən edilməsi barədə dəlillər var.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə