“Sonanın nəvəsi” Şirvanda tutuldu-Lotu Bəxtiyarın qohumu
“Sonanın nəvəsi” Şirvanda tutuldu-Lotu Bəxtiyarın qohumu
29 Noyabr 2016 / 15:47 / Baxış sayı: 2426
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Lotu Bəxtiyarın” bibisi oğlu saxlanıldı – Ləqəbi “Sonanın nəvəsi” imiş
Şirvanda kriminal avtoritetin üzərindən narkotik vasitə olan heroin götürülüb.
Bizimxeber.az  xəbər verir ki, Şirvan Dövlət Yol Polisinin İdarəsinin (DYP) əməkdaşları Bakı şəhər sakini, S.Rəhimov küçəsi 14 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Mikayılov Vahid Qəzənfər oğlu idarə etdiyi “Kia Serato” markalı, 90 UN 616 dövlət nömrə nişanlı avtomobili Şirvanda saxlayıblar. Polis Şöbəsinə dəvət olunan sürücünün üzərinə baxış keçirilərkən ondan 33,778 qram narkotik vasitə olan heroin aşkarlanıb.
Əvvəllər dəfələrlə məhkum olunan, kriminal aləmdə “Sonanın nəvəsi” kimi tanınan V. Mikayılov ümumilikdə 20 il cəzaçəkmə müəssisələrində cəza çəkib. O, məşhur avtoritet “Lotu Bəxtiyarın” bibisi oğludur.
Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə