ŞOK… Hakim Qarabağ əlilinə özünü yandırmağı məsləhət gördü- “Rəvansığorta”da cinayət…
ŞOK… Hakim Qarabağ əlilinə özünü yandırmağı məsləhət gördü- “Rəvansığorta”da cinayət…
29 Noyabr 2016 / 15:49 / Baxış sayı: 2226
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda əlillərin tam hüquqsuz durumda olmasını, onların addımbaşı dələduzluqla üzləşməsini növbəti məhkəmə bir daha ortaya qoyub.

Bizimxeber.az-a daxil olan məlumata görə, 28 noyabr 2016-cı ildə Suraxanı məhkəməsindən xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəni “Rəvan”ın iddiası ilə hazırlıq iclasına çağıran hakim Ramil Həsənov sifarişlə əlili 9500 manatlıq cərimələyib. Əlilin qarşılıqlı iddiasına, tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmadan.

Məlumatda qeyd olunur ki, hazırlıq iclası olmadan birbaşa qərar qəbul edilməsinin özü qanunsuzdur.  Şirkətə qarşı məhkəmənin isti münasibəti əlilin hakim Elçin Ağayevin icraatında bir ildir “yatan” iddiasının it-bata salınmasında da özünü göstərir.

“Əlillərin sosial müdafiəsi haqqında” qanunun 7-ci maddəsində bütün şirkət, müəssisə, təşkilatların əlillərin həyatını və bədbəxt hadisələrdən sığortasını həyata keçirmələri təsbit olunsa da,”Rəvan” sığorta şirkəti törəməsi olduğu “Nurgün Motors”da saxta defekt aktı tərtib edib, əlilin hesabına sığorta haqqı qazanır, Dövlət Kommersiya Sığorta Şirkəti əlilin qan pulunu yeyir. Məhkəmələr isə əlilin haqqını rüşvətə qurban verir.

Maraqlıdır ki,əlilin hadisəyə,qəzaya uğrayan maşına da heç bir aidliyi yoxdur.”Əlil” maşınının ölmüş yiyəsinə qarşı qaldırılan tələb hamısı Xaliq Abbaszadəyə yönəlib. ”Rəvan” əlili əlavə xəstəliyə düçar etsə də, buna hüquq qiyməti verilmir.

Onu da deyək ki,iş Sabunçu məhkəməsindən (hakim İmran Burcayev) bir il sonra gizlin şəkildə, qərardadsız “aidiyyatı” üzrə Suraxanı Məhkəməsinə göndərib ki, əsas cavabdehin sonradan şəhid olması məlum olub və varislərinin axtarışı nəticə verməyib(??).

Fikir verin, sığorta şirkəti, məhkəmələr şəhiddən, Qarabağ əlilindən saxta defekt aktı ilə qanpulu tələb edir və buna nail də olur! Aktın saxtalığını Vergilər Nazirliyi 08.02.2016 tarixli qərarla rəsmiləşdirib və “Nurgün”ü və “Rəvan”ı cərimələyib. Bu barədə əlilə göndərilən məktub da məhkəməyə təqdim edilsə də, baxılmayıb. Bircə intihardan başqa yolunun qalmamasını deyən əlilə hakimin “get,özünü yandır” təklifi də günün əsas “şüarı”dır. Sonra da əlilləri qınayırlar. Bəs neyləsinlər? Deputatı deyir “özünü öldür”, məhkəməsi deyir “özünü yandır”, icra başçısı deyir “yandır”, görək Prezident nə deyir?

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə