Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb

2923 oxunma | Tarix: | 1 ay öncə

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının Ticarət və Sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizimxeber.az xəbər verir ki, “Report” bu barədə SOCAR-a istinadən xəbər verir. Məlumata görə, görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin roluna toxunulmuş, son illərdə Azərbaycanda istehsal olunan neft məhsullarının Əfqanıstanın yanacaq bazarında mühüm yer tutduğu vurğulanıb.

XƏBƏRLƏR:  Vahid Ələkbərov “LUKOYL-Azərbaycan”a yeni baş direktor təyin etdi

Əfqanıstan İslam Respublikasının Ticarət və Sənaye naziri Acmal Əhmədi ölkəsinin yanacaq bazarı haqqında SOCAR prezidentinə məlumat verib, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivlərini müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir