SOCAR işçilərinin sayını açıqladı
SOCAR işçilərinin sayını açıqladı
05 Avqust 2016 / 12:15 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4
Bizimxeber

İl ərzində 2 610 nəfər SOCAR-ın sıralarını tərk edib

2015-ci ildə SOCAR-ın işçilərinin ümumi sayı 52 min 104 nəfər olub. Bu barədə məlumat şirkətin açıqladığı hesabatda əksini tapıb. Sputnik-ə verilən məlumata görə, 2014-cü ilin sonuna SOCAR-ın əməkdaşlarının sayı 54 min 714 nəfər idi. Beləliklə, il ərzində 2 610 nəfər SOCAR-ın sıralarını tərk edib.

2015-ci ildə SOCAR Azərbaycanın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 4 zavod, 2 trest və 1 institut daxil olmaqla 25 struktur bölməsi fəaliyyət göstərir.

Hesabatda deyilir ki, qeyd edilən dövr ərzində dünya bazarında neftin qiymətinin qeyri-stabil olmasına baxmayaraq, SOCAR neft-qaz hasilatı və neft məhsullarının istehsalı ilə əlaqədar bütün proqnozlara, eləcə də ixrac öhdəliklərinə əməl edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə