SOCAR-ın işçisi kranla birgə dənizə aşdı
SOCAR-ın işçisi kranla birgə dənizə aşdı
27 İyul 2016 / 12:01 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölümündə istehsalat qəzası baş verib.

Bizimxeber.az  SOCAR-ın saytına istinadən bildirir ki, iyulun 26-da saat 18 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskvator-kranla dirək borusu (svay) qaldırılarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb. 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub. Namik Məmmədovun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb. Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.

Əlavə məlumat veriləcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə