SOCAR-ın bəzi səhmləri satışa çıxarılacaq – Rövnəq Abdullayev
SOCAR-ın bəzi səhmləri satışa çıxarılacaq – Rövnəq Abdullayev
18 Oktyabr 2016 / 11:31 / Baxış sayı: 806
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhmdar cəmiyyət formasında fəaliyyət göstərən bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq. “Report” xəbər verir ki, bu açıqlama ilə SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edib. 

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır: “Yəqin ki, gəlirlə işləyən müəssisələri seçəcəyik ki, həmin səhmlər vətəndaşlarımız üçün maraqlı olsun”. R.Abdullayev onu da vurğulayıb ki, SOCAR-ın özünün ilkin səhm bazarına (İPO) çıxmaq planı yoxdur.

Şirkət prezidenti həmçinin qeyd edib ki, xarici borc bazarına çıxılması, bond buraxılması da gündəmdə deyil: “SOCAR istiqrazlarının buraxılmasında məqsəd xarici investorlara ödədiyimiz faizləri daxili investorlara yönəltməkdir. Xarici bazardan vəsait cəlb etsək, uzunmüddətli cəlb etməliyik, bu cür borclanma bizə uzunmüddətli layihələr üçün lazımdır. Hələ ki, belə bir plan yoxdur”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə