Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

SOCAR “AVRO-5” standartına cavab verən yanacaq istehsalına hazırlaşır – FOTO

910 oxunma | Tarix: | 3 həftə öncə

Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan (NEZ) modernizasiya işləri nəticəsində Azərbaycan daxilində “AVRO-5” keyfiyyət standartına uyğun olan yanacağın istehsalı və istehsalın illik həcminin artırılmasına imkan yaranacaq.

Bizimxeber.az  xəbər verir ki, bunu təşkil edilən press-tur zamanı jurnalistlərə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda zavodun yenidənqurma və modernizasiya layihəsinin ikinci və üçüncü mərhələləri həyata keçirilir:

“Zavodda 15 adda neft məhsulu, o cümlədən, avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Yenidənqurma layihəsi çərçivəsində 2021-2022-ci illərdə Azərbaycanda “Avro-5” istehsalına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulub. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması planlaşdırılır”.

O bildirib ki, NEZ-in yenidənqurma və modernizasiya layihəsi Azərbaycan üçün gözləniləndən baha başa gələcək:

“Bu, həm ölkə, həm də SOCAR üçün bahalı prosesdir. Lakin bu proses ölkədə yeni neft emalı müəssisənin tikintisindən ən azı iki dəfə ucuz başa gələcək. Onu da qeyd edim ki,  Heydər Əliyev adına NEZ-in modernizasiyasına sərf olunacaq vəsait tam olaraq müəyyən edilməyib, hələ hesablamalar aparılır. Lakin bu vəsait heç də az olmayacaq, təxminən bir neçə milyard dolların sərf ediləcəyi gözlənilir”.

XƏBƏRLƏR:  Amerikalı ekspert: "Neft Daşları"nın kəşfi dünya neft sənayesinin tarixində böyük uğurdur"

Təşkil edilən press-tur çərçivəsində zavodun modernizasiyası çərçivəsində müəssisədə yüksək oktanlı benzin növlərinin də istehsalının gözlənildiyi qeyd edilib:

“Bu gün zavoda daxil olan zavoda daxil olan xam neftin bütün həcmləri məhz bu qurğuya yönləndirilir və burada il ərzində beş milyon tona yaxın neft ilkin emal prosesindən keçir. Həmin qurğuda neft emalının aralıq məhsulları və həmçinin, təyyarə mühərrikləri yanacağı və dizel kimi son istehlak məhsulları birbaşa istehsal olunur.

Aralıq məhsulları daha sonra istehsalat zəncirinin növbəti həlqələrinə, o cümlədən, iki milyon ton məhsuldarlığa malik Katalitik krekinq və bir milyon ton məhsuldarlığa malik Katalitik riforminq qurğularında emala yönləndirilir və nəticədə, Aİ-92 markalı benzin istehsal olunur.

XƏBƏRLƏR:  Çökən bankları kimə məxsusdur? – Adlar

Eyni zamanda, gələcəkdə yüksək oktanlı Aİ-95, Aİ-98 markalı benzin növlərinin də istehsalı nəzərdə tutulur.Təbi ki, bu proses bazarın istehlakına və tələbata uyğun şəkildə həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycana yanacağın idxalını SOCAR və digər özəl şirkətlər həyata keçirə bilər. Cari təmir müddəti üçün 120 min tona qədər Aİ-92 markalı benzinin idxalı planlaşdırılıb. İdxal həcminin əvvəlki illərə nisbətən artması ölkədə yanacağın istehlak səviyyəsinin artımı ilə bağlıdır.

Azərbaycanda yanacağın satış tarifləri beynəlxalq bazar qiymətləri ilə müqayisədə olduqca aşağıdır və buna görə benzinin idxalı SOCAR üçün əlavə vəsait sərf  etməklə – zərərlə nəticələnir.

“İdxal həcminin əvvəlki illərə nisbətən artması ölkədə yanacağın istehlak səviyyəsinin artımı ilə bağlıdır. Beynəlxalq bazar qiymətləri ilə müqayisədə ölkədə benzinin idxalı SOCAR üçün əlavə vəsait sərf etməklə – zərərlə nəticələnir. Buna baxmayaraq, şirkətimiz Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək istiqamətində öz üzərinə düşən vəzifəni icra edir”.

Könül Cəfərli

One thought on “SOCAR “AVRO-5” standartına cavab verən yanacaq istehsalına hazırlaşır – FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir