Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

SOCAR Antipinski NEZ-in idarəetmə səriştəsini təmin edəcək

1330 oxunma | Tarix: | 2 həftə öncə

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) lazımi prosedurları başa vuraraq, Rusiyada “SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı olub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, “SOCAR Enerqoresurs” MMC qrupu Antipinski Neft Emalı Zavodunu və Orenburq vilayətində 45 mln. ton təsdiqlənmiş neft ehtiyatı olan üç yatağın aktivlərini birləşdirir.

SOCAR-ın bu layihədə əsas rolu Antipinski NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarətdir. Bildirilib ki, sazişin strukturu baxımından SOCAR-ın Antipinski NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risklər yaratmır.

XƏBƏRLƏR:  Amerikalı ekspert: "Neft Daşları"nın kəşfi dünya neft sənayesinin tarixində böyük uğurdur"

Qeyd edək ki, illik ümumi emal gücü 7,5 mln. ton təşkil edən Antipinski neft emalı zavodunda dizel, vakuum qazoyl, nafta, benzin (A80 və A92), koks, texniki kükürd, texnoloji mazut və maye qaz istehsal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir