Sobçak ana oldu -FOTOLAR
Sobçak ana oldu -FOTOLAR
18 Noyabr 2016 / 12:02 / Baxış sayı: 1000
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytının verdiyi xəbərə görə 35 yaşlı Kseniya Sobçakın oğlu olub.

Teleaparıcı Moskvada, “Lapino” doğum evindədir . Ana və körpə özlərini yaxşı hiss edir. Bu haqqda kp.ru nəşri 18 noyabr, cümə günü xəbər verib.

 Qəzetin verdiyi informasiyaya görə, “Lapino” olduqca elit və bahalı məkan olduğu üçün orda doğuş 930 min rubla başa gəlib. Uşağın gələcək baxımı isə yarım milyona qədər xərc aparacaq.

Uşağın atası Sobçakın 2013-cü ildə ailə qurduğu 44 yaşlı Maksim Vitorqandır. Teleaparıcı ilk dəfə ana olsa da aktyorun üçüncü uşağıdır.

Sevincli xəbəri isə ana öz şəxsi İnstagram səhifəsində paylaşıb.

18.11.16 indi ən xoşbəxt gündür. Mən-qəşəng oğlanın anasıyam.

Life.ru portalının verdiyi xəbərə görə “Lapino”da palata cakuzi, transformer-çarpayı ilə təchiz olunub. Umumi ödəniş məbləğinə həmçinin birinci sinif qidalanma da daxildir.
Xatırladaq ki, hamiləliyinin 8-ci ayında Kseniya jurnalın üz qabığı üçün soyunmuşdu. Bu xəbər sosial şəbəkələrdə heç də birmənalı qarşılanmamışdı. Əvvəllər Sobçak öz hamiləliyini elə də reklam etmirdi. Bağlı və geniş paltarlar geyinməyə çalışan teleaparıcı öz İnstagram səhifəsində qarnının böyüdüyünü vurğulayan şəkillər belə paylaşmırdı.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə