Slovakiyanın Xarici İşlər Naziri Minsk qrupunun önəmini qeyd edib – EKSKLÜZİV
Slovakiyanın Xarici İşlər Naziri Minsk qrupunun önəmini qeyd edib – EKSKLÜZİV
09 Avqust 2016 / 11:44 / Baxış sayı: 664
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Slovakiya həmişə təkcə Cənubi Qafqazda yox, hər yerdə beynəlxalq hüquqa riayət etmək prinsipini, o cümlədən ölkə suverenliyi və ərazi bütövlüyünü müdafiə edib”.

Bunu “Report”a eksklüziv müsahibəsində bu ilin ikinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edən Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Lukaş Parizek deyib.

“Hazırda əsas məsələ münaqişənin siyasi həllinin tapılması üçün müzakirələri davam etdirməkdir. Hesab edirik ki, bu, regiona sülh gətirəcək yeganə yoldur”, – deyə dövlət katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən bildirib.

L.Parizek qeyd edib ki, Slovakiya Azərbaycan və Ermənistan liderlərinin Sankt-Peterburqda yenidən atəşkəsə əməl etmək və münaqişəni sülh yolu ilə həll etmək niyyətlərini bəyan etmələrini alqışlayır. “Tərəflər Vyana razılaşmalarının həyata keçirilməsinə sadiq olmalıdır”, – deyə Slovakiya XİN-in dövlət katibi vurğulayıb.

O bildirib ki, Slovakiya ATƏT-in Minsk qrupunun işini tam dəstəkləyir: “Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışı prosesində əvəzsiz rol oynayır. Slovakiya həmçinin Almaniyanın Bakı və Yerevan arasında sülh danışıqlarının bərpası prosesində iştirakını yüksək qiymətləndirir və alqışlayır”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə