“SİZ ÇOX TƏRBİYƏSİZ, ƏXLAQSIZSINIZ”
“SİZ ÇOX TƏRBİYƏSİZ, ƏXLAQSIZSINIZ”
20 Noyabr 2016 / 17:33 / Baxış sayı: 2062
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hulusi Akar erməni deputata əsəbiləşdi

Dünən NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışından sonra sual-cavab hissəsində Ermənistan parlamentinin üzvü Koryun Nahapetyan Türkiyənin İŞİD-i dəstəkləməsi barədə ittiham səsləndirib.

Çavuşoğlu Nahapetyanı faktlarla susdurub. Erməni deputat bununla kifayətlənməyib. Türkiyənin Baş Qərərgah rəisi Hulusu Akarın çıxışından sonra da Türkiyəni terrorizmlə günahlandıracaq çıxışlar edib.

Napetyanın ittihamlarına cavab verən Hulusi Akar deyib: “Siz çox tərbiyəsiz, əxlaqsızsınız. Törətdiyiniz terror aktları, qətlə yetirdiniyiniz günahsız insanlarla bağlı faklar bütün dünyaya bəllidir. Qarabağda törətdiyiniz soyqrımı nə tez unutdunuz? Utanmadan başqa dövlətləri də terrorizmdə ittiham edirsiniz. Bu qədər də tərbiyəsizlik, arsızlıq olmaz” . (modern.az)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə