Siyavuş Kərimi: “Faciəvi günlər idi…”
Siyavuş Kərimi: “Faciəvi günlər idi…”
21 Noyabr 2016 / 10:24 / Baxış sayı: 546
Font1 Font2 Font3 Font4
Bizimxeber

Heç bilmirdim ki, məni musiqi məktəbinə aparıblar.

 

Bizimxeber.az  xəbər verir ki, bu sözləri bəstəkar, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi “Geriyə baxanda” verilişində bəstəkarlığa başlaması haqda danışarkən deyib.

O, uşaq vaxtı çox çətinlik çəkdiyini bildirib:

“Bir gün atam əlimdən tutdu və bir məktəbə apardı. Məlum oldu ki, imtahana gəlmişəm. Məni dinlədilər və sonra məlum oldu ki, 1 nömrəli musiqi məktəbində tar ixtisası üzrə təhsil alacağam. Bununla da faciəvi günlərim başladı. Həyətdə bütün uşaqlar oynayırdı. Amma mən gərək o istidə evdə oturub tar çalardım. Atamın sərt xasiyyəti olsa da, özünə aid mülayimliyi də var idi. Bu gün mən qazandığım hər şeyi ona borcluyam”.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə