Şirvandakı partlayışda yaralanan 3 nəfərin vəziyyəti orta-ağırdır
Şirvandakı partlayışda yaralanan 3 nəfərin vəziyyəti orta-ağırdır
26 İyul 2016 / 21:36 / Baxış sayı: 692
Font1 Font2 Font3 Font4
Bizimxeber

Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar indiyədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 24 nəfər müraciət edib.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb: “Hazırda xəstəxanada 10 nəfərin müalicəsi davam edir. Bu şəxslərdən 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir, 7 nəfərin vəziyyəti isə yüngüldür”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə