Şirvandakı partlayışda xəsarət alanlardan ikisi də evə buraxılıb
Şirvandakı partlayışda xəsarət alanlardan ikisi də evə buraxılıb
27 İyul 2016 / 21:57 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4
Bizimxeber

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən daha 2 nəfəri günün sonunda evə buraxılıb.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə