Şirvandakı partlayışda 20 yaralı var
Şirvandakı partlayışda 20 yaralı var
26 İyul 2016 / 18:16 / Baxış sayı: 900
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 12 nəfər gətirilib.

 

Xəstəxanadan verilən məlumata görə, xəstələrin hər birinə müvafiq tibbi yardım göstərilib, şöbələrə yerləşdirilib. Qeyd olunub ki, yaralıların sayı 20 nəfərə çatıb. Yaralılardan biri FHN-nin qadın əməkdaşıdır, digərləri isə zavodun sıravi işçiləridir.

Onların vəziyyəti ağır qiymətləndirlir.

**

Şirvan şəhərində baş verən partlayış nəticəsində 9 nəfər yaralanıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan  verilən məlumata görə, hazırda xəstəxanaya 9 yaralı gətirilib. Onların vəziyyəti ağır və orta ağır qiymətləndirilir.

Xəstəxanaya partlayış zamanı ölənlərin olması haqda məlumatın olmadığı qeyd edilib.

Yaralıların sayının artacağı istisna edilmir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə