Şirvanda zavodda ölən şəxslər dəfn edilib
Şirvanda zavodda ölən şəxslər dəfn edilib
27 İyul 2016 / 13:42 / Baxış sayı: 660
Font1 Font2 Font3 Font4
Bizimxeber

Müdafiə sənayesi naziri Yavər Camalov Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət edib və səhhətləri ilə maraqlanıb.

Müdafiə Sənayesi Nazirliyindən “Report”a verilən məlumata görə, nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib.

Yavər Camalovun tapşırığına əsasən zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı, dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə