Şirvanda pul oğrusu tutulub
Şirvanda pul oğrusu tutulub
09 Avqust 2016 / 11:57 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şirvan şəhərində quldurluq edərək 5 min manat və 970 ABŞ dolları pul, habelə qızıl aparan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Bizimxeber.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 30-da şəhər sakini Vəli Ələkbərova məxsus evdən quldurluq yolu ilə 5 min manat və 970 ABŞ dolları pul, habelə qızıl əşyalar aparmaqda şübhəli bilinən həmyerliləri Fəxrəddin Şükürov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 3-də Sudşa Bəylərovaya məxsus evdən quldurluq yolu ilə 10 min manat dəyərində qızıl əşyalar aparmaları da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə