Şirvanda ölən qadın piyadanın şəxsiyyəti müəyyənləşdi – Yenilənib
Şirvanda ölən qadın piyadanın şəxsiyyəti müəyyənləşdi – Yenilənib
14 Noyabr 2016 / 9:02 / Baxış sayı: 1128
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Bizimxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün axşam saatlarında “VAZ 2106” markalı avtomobil şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyən qadını vurub .

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

***

Bu axşam Şirvan şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi saat 21.00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Şirvan sakini, 1979-cu il təvəllüdlü Qarayev Şahin Zülfəli oğlu idarə etdiyi “VAZ 2106” markalı 18 BC 568 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1939-cu il təvəllüdlü Hüseynova Gülnaz Kərim qızını yolu keçərkən vurub.

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə