Şirvanda “Camalovlar krallığı” süqut edir – Yeni başçı kim olacaq?
Şirvanda “Camalovlar krallığı” süqut edir – Yeni başçı kim olacaq?
01 Noyabr 2016 / 13:27 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şirvan (Əlibayramlı) şəhərini nəzarətdə saxlayan “Camalovlar krallığı” artıq süqut edir. Uzun illər Şirvandakı neft müəssisələrini öz nəzarətlərində saxlamağı bacaran qardaşlar, bu sahədə çox dərin dərin kök saldıqdan sonra, Müdafiə Sənayesi naziri postuna kimi yüksələ bildilər.

Amma, Yavər Camalovun yaxın zamanlarda postunu itirməsi artıq ciddi müzakirə mövzusudur.

Bizimxeber.az-a daxil olan məlumata görə, umumiyyətlə, yaxın aylarda bir neçə nazirliyin ləğv edilməsi gözlənilir ki, onların arasında Müdafiə Sənayesi Nazirliyi də var.

Bu o deməkdir ki, Yavər Camalovla yanaşı, Şirvanın icra başçısı postunu tutan qardaşı Mərdan Camalov da vəzifəsini itirəcək. 12 ilə yaxındır ki, bu postu qoruyub saxlayan, Şirvanda “krallıq” yaradan Camalovlar böyük sərvət toplaya biliblər. Rayonda, qoyun, iri buynuzlu mal-qara fermaları, parniklər, marketlər şəbəkəsi, tikinti sektoru kimi böyük sahələrə nəzarət edən Camalovların qarşısında kimsə dayana bilməz.

Ümumiyyətlə, Şirvan şəhəri Camalovlarin sayəsində son 10 ildə kənarda qalmış rayonlar sırasındadır. Sənaye şəhəri statusunda olmasına baxmayaraq rayonda yalnız Müdafiə Sənayesi nazirliyinin bir-iki zavodu fəaliyyət göstərir ki, o da nəzarətsizdir. Ötən aylarda baş verən yanğın və insan ölümü buna bariz nümunədir.

Həmçinin Şirvan şəhərinin məhz Yavər Camalovun kurasiyasında olması qardaşı olan icra başçısı Mərdan Camalovun işinə çox yarayır. Bizimxeber.az-a daxil olan məlumata görə, illərdir rayona ayrılan pulların hara xərclənməsi barədə heç bir yoxlama aparılmır. Umumiyyətlə, bu rayon icra başçısının adını belə çəkən yoxdur.

Bu isə o deməık deyil ki, belə davam edəcək. Artıq, Camalovların fəaliyyəti diqqət çəkməyə başlayıb.

Bizimxeber.az-a daxil olan məlumatlarda qeyd olunur ki, Mərdan Camalovun yerinə kimin təyin olunması hələlik bəlli deyil. Amma, yaxın aylarda Camalovun postunu itirməsi qaçılmazdır…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə