Şirvan və Bərdə rayonlarına yeni polis rəisləri təyin olunub
Şirvan və Bərdə rayonlarına yeni polis rəisləri təyin olunub
03 Sentyabr 2016 / 11:35 / Baxış sayı: 1778
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda daha iki rayona yeni polis rəisləri təyin edilib. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuş Hikmət Quliyev Şirvan şəhər Polis Şöbəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə Xəzər rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini İlqar Məmmədov Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Şirvan rayon Polis Şöbəsinin rəisi Şahin Mirzəyev tutduğu vəzifədən azad edilərək Şamaxı rayon Polis Şöbəsinin rəisi, Şamaxı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov isə tutduğu vəzifədən azad edilərək Masallı rayonun Polis Şöbəsinin rəisi vəzifələrinə təyin olunublar. (APA)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə