Şirməmməd Hüseynov reanimasiyadan çıxarılır
Şirməmməd Hüseynov reanimasiyadan çıxarılır
27 İyul 2016 / 18:47 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qəfil səhhəti pisləşən Əməkdar jurnalist, “Şərəf” ordenli Şirməmməd Hüseynovun səhhətində irəliləyiş var. 

Bu barədə AzNews.az-a Ş.Hüseynov yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib. Məlumata görə, əməkdar jurnalist xəstəxanaya kəskin ürək ağrıları ilə gətirilib və reanimasiyaya yerləşdirilib. Gətirilən anda onun vəziyyəti ağır olub. Lakin hazırda Hüseynov özünü yaxşı hiss edir və heç bir həyati təhlükəsi yoxdur.

Bir neçə saatdan sonra əməkdar jurnalist palataya köçürüləcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə