Siqaret satışında məhdudiyyət
Siqaret satışında məhdudiyyət
03 Noyabr 2016 / 14:43 / Baxış sayı: 1340
Font1 Font2 Font3 Font4
Bizimxeber

Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” və “Çayçılıq haqqında” qanunlara dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə edilərək parlamentin plenar iclasına tövsiyyə olunub. 

Dəyişikliklə tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır.

“Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyə əsasən, tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.
Həmçinin, tütün və tütn məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan olunur.

Digər dəyişikliyə əsasən, tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

Qeyd edək ki, hazırda tütün məmulatının istehalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edir.

“Çayçılıq haqqında” qanun da “Reklam haqqında” qanuna uyğunlaşdırılıb və təklif olunan dəyişikliyə əsasən, “Azərbaycan qanunvericiliyi” sözü “Reklam haqqında” qanun sözü ilə əvəzlənib. Belə ki, yeni redaksiyaya əsasən, çay məhsulllarının satışa çıxarılması, satışının qadağan edilməsi və reklamı “Reklam haqqında” qanuna uyğun həyata keçirilir.

Hər iki qanuna dəyişiklik onların “Reklam haqqında” qanuna uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.(report)

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə