Şimali Koreyaya saat ixracı qadağan olundu
Şimali Koreyaya saat ixracı qadağan olundu
25 İyul 2016 / 16:09 / Baxış sayı: 612
Font1 Font2 Font3 Font4
Bizimxeber

İsveçrə hökuməti Şimali Koreyaya saat ixracını dayandırıb.

Bizimxeber.az  1xəbər.com-a istinadən bildirir ki, Şimali Koreya lideri Kim Jong dəyəri yüz min dollarla ölçülən İsveçrə saatlarına olan həvəsi ilə tanınır. Bundan əvvəl BMT nüvə və ballistik raket proqramı səbəbi ilə Şimali Koreyaya qiymətli məhsulların satışını qadağan etmişdi.

Kim Jong özü İsveçrədə təhsil alıb. Cənubi Koreyada çıxan Joong Ang Daily qəzeti yazır ki, İsveçrə Saat İstehsalçıları Federasiyası Şimali Koreyaya saat ixracının tamamilə dayandırıldığını təsdiqləyib.

Özünə və hədiyyə olaraq hakim partiya üzvlərinə İsveçrə saatı aldığı bildirilən Kim Jong-un 2012-ci ildə bir saata 220 min dollar ödədiyi iddia olunurdu.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə