Şimali Koreya türmələrində olan amerikalı əsirlər…
Şimali Koreya türmələrində olan amerikalı əsirlər…
23 Avqust 2016 / 16:23 / Baxış sayı: 1004
Font1 Font2 Font3 Font4
Bizimxeber

Britaniyanın Daily Star nəşri iddia edir ki, MKİ-nin və Şimali Koreya kəşfiyyatından əldə etdikləri sənədlərdə Koreya Demokartik Xalq Respublikasındakı (KDXR) həbsxanalarda on illərdir rəsmən öldüyü qeyd olunmuş  və yaxud  itkin düşmüş britaniyalı və amerikalı hərbçilər saxlanmaqdadır. 

Bizimxeber.az saytı məlumat verir ki, jurnalistlərin əldə etdikləri sənədlərə əsasən xarici hərbçilər 1950-ci illərdə ABŞ, Britaniya və digər dövlətlərin də tərkibində olduğu  BMT-nin sülhməramlı qoşunlarında Cənubi Koreya tərəfindən vuruşarkən şimali koreyilalılara əsir düşüb.

Daily Star nəşri iddia edir ki, bir çox hərbçilər KDXR türmələrində 60 ildən çoxdur ki, əziyyət çəkir. Onlardan bəziləri artıq ölüb.

Sənədlərdə qeyd olunur ki, 1997-ci ildə MKİ-nin əməkdaşları amerikalı və britaniyalı hərbçilərin şimali Koreyada əsir olduqlarını təstiq edib. Lakin , buna baxmayaraq ABŞ hökuməti öz həmvətənlərini evlərinə qaytarmaq üçün heç bir qərar qəbul etməyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə