Seymur Həzi ilə Nigar Yaqublu evləndilər – FOTOLAR
Seymur Həzi ilə Nigar Yaqublu evləndilər – FOTOLAR
02 Avqust 2016 / 15:57 / Baxış sayı: 1404
Font1 Font2 Font3 Font4
Bizimxeber

Jurnalist Seymur Həzi ilə Müsavat fəalı Nigar Yaqublu bu gün nikah bağlayıblar.

Qaynarinfo.Az xəbər verir ki, nikah mərasimi Seymur Həzinin həbsdə olduğu 17 saylı cəzaçəkmə müəssisəsində baş tutub.

Nigar Yaqublunun atası Tofiq Yaqublu  bildirib ki, mətbuat nümayəndələri müəssisəyə buraxılmayıblar:”Yalnız Xəzər Rayon qeyduyyat şəbəsinin əməkdaşı və Nigar Yaqublu içəriyə daxil olublar”.

Qeyd edək ki, cütlüyün avqustun 1-də nikah bağlamaq istəyi baş tutmamışdı. Nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutmalı olsa da, Asan Xidmətun əməkdaşları onların 10 dəqiqə gecikmələrini səbəb gətirərək, nikahı bağlamaqdan imtina etmişdi. 

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə