Seymur Həzi həbsxanada evlənir – Tofiq Yaqublunun qızı ilə
Seymur Həzi həbsxanada evlənir – Tofiq Yaqublunun qızı ilə
01 Avqust 2016 / 10:25 / Baxış sayı: 768
Font1 Font2 Font3 Font4
Bizimxeber

Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu ailə həyatı qurmağa hazırlaşır.
AzNews.az-ın məlumatına görə, bu barədə N.Yaqublu feysbuk sosial şəbəkəsində yazıb. O, AXCP-nin həbsdə olan üzvü Seymur Həziylə həyat yollarını birləşdirmək qərarı aldıqlarını bəyan edib.

T.Yaqublu bununla bağlı AzNews.az-a açıqlama verib. Bildirib ki, nikah mərasimi sabah S.Həzinin məhkumluq həyatı yaşadığı cəzaçəkmə müəssisəsində baş tutacaq. Başqan müavini özü mərasimdə iştirak edə bilməyəcəyini də qeyd edib.

Qeyd edək ki, ötən ilin yanvar ayında Seymur Həzi Abşeron rayon məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə