Şeydayev “Trabzonspor”da ilk rəsmi oyununda qol vurdu – FOTOLAR/VİDEO
Şeydayev “Trabzonspor”da ilk rəsmi oyununda qol vurdu – FOTOLAR/VİDEO
22 Sentyabr 2016 / 17:51 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Türkiyənin “Trabzonspor” klubunda rəsmi debütü reallaşıb. 

Komandanın baş məşqçsi Ərsun Yanal 21 yaşlı hücumçumuza dünən ölkə kubokunda həvəskar liqa təmsilçisi, bir vaxtlar azərbaycanlı futbolçular Elnar Kərimov və Məhəmməd Haqverdiyevin şərəfini qoruduğu “Sərhat Ərdəhanspor”la matçda şans verib.

Ramil 64-cü dəqiqədə Mehmet Əkicini əvəzləyib. Həmyerlimiz matçın 85-ci dəqiqəsində özünün ilk, komandasının 6-cı qolunu vurub.

 

Qeyd edək ki, Ramil Şeydayevin adı son oyunlarda heç protokola da daxil edilmirdi. O bu yay keçdiyi klubda yalnız yoxlama matçlarında oynamış, hətta qol da vurmuşdu.\qaynarinfo.az\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə