Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Şərifovun aparat rəhbəri rektor qardaşına milyonları necə qazandırır?

8713 oxunma | Tarix: | 1 ay öncə
Prezident İlham Əlyevin sentyabrın 1-dən əmək haqqlarının qaldırılması ilə bağlı fərmanı Gəncə Dövlət Universitetində icra olunmur. Daxil olan məlumatlarda qeyd olunur ki, əmək haqqları qaldırılmayıb bə bu rektoru qətiyyən narahat etmir.

Həmçinin rektor Yusif Yusifov universitetdə çalışan müəllim və texniki işçilərdən vacib olmayan işlərin görülməsi üçün pul yığdırır. Bu isə ciddi narazılıqlar yaradıb.

Bizimxeber.az xəbər verir ki, universitetdə baş qaldıran daha bir ciddi vəziyyət isə tələbələrdən yığılan illik ödənişlərin doğru-düzgün xərclənməmsidir. Ümumiyyətlə, bu məsələ bütün universitetlərdə müəmmalı olaraq qalır. Rektorlar bu vəsaiti istədikləri formada istədikləri kimi yönəldirlər.

Tələbə ödənilərini istədiyi kimi xərcləyən rektorlardan biri də GDU rektoru Yusif Yusifovdur. Çünki, onun qardaşı
Cavanşir Yusibov Maliyyə Nazirliyinin aparat rəhbəri olduğundan bu pulların hesabatını ondan soruşan yoxdur.

XƏBƏRLƏR:  10-dan artıq kəndin sakinləri yolsuz qalıb - Saleh Məmmədovla bağlı Prezidentə MÜRACİƏT
GDU-da pul talanı işlərinə əsasən iki adam – rektorun köməkçiləri Elsevər Nağıyev və prorektor Fəxrəddin Həsənov rəhbərlik edir. Elsevər Nağıyev rektor Yusif Yusifovun qohumu olmaqla yanaşı həm də Cavanşir Yusibovla əlaqəli işləyən şəxs sayılır.
Ümumiyyətlə, Maliyyə Nazirliyinin aparat rəhbəri Cavanşir Yusibovun adı hələ Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olduğu dönəmlərdə ciddi maliyyə qalmaqallarında hallanırdı.  Hətta Gəncənin sabir icra başçısı Elmar Vəliyevlə də ciddi konfliklərinin olması barədə dəfələrlə mətbatda geniş yazılar dərc olunurdu.

XƏBƏRLƏR:  Xoşbəxt Yusifzadə: "Prezident dedi, sən hələ bizə lazımsan"
Maraqlıdır ki, özünü ciddi nazir kimi göstərməyə çalışan Maliyyə naziri Samir Şərifov nazirliyin aparat rəhbəri Cavanşir Yusibova “dayan” demir. yaxud deyə bilmir. Təhsil naziri Ceyhun Bayramov və Vergilər naziri Mikayıl Cabbarovla çox yaxın əlaqələrə malik olan Cavanşir Yusibovun hətta Maliyyə naziri olması da danışılan söhbətlər arasındadır. Məlumata görə, GDU-da hamı Cavanşir Yusibovun nazir olacağı barədə danışır. Hətta rektor qardaşı da bu söhbətlərin daha da böyüməsi üçün şərait yaradır.

Bir sözlə, qardaşının Maliyyə Nazirliyində Aparat rəhbəri olması rektorun işinə bərk yarayıb, universitetin budcəsini və tələbə ödənişlərini istədiyi kimi xərcləyir… Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir