Serbiya prezidenti Rusiyaya sanksiya tətbiq etməkdən imtina elədi
Serbiya prezidenti Rusiyaya sanksiya tətbiq etməkdən imtina elədi
17 Avqust 2016 / 11:07 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4
Bizimxeber

Serbiya prezidenti Tomislav Nikoliç ABŞ vitse prezidenti Co Baydenlə görüşdə Serbiya hökumətinin Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəyini deyib. Bizimxeber.az saytı rus mətbuatına istinadən xəbər verir ki, bu barədə prezidentin saytında məlumat verilib. 
“Biz Aİ Rusiya əleyhinə sanksiya tətbiq edə bilmərik”,- Nikoliç bildirib. ” Biz Rusiya ilə bağlıyıq, eyni zamanda böyük serb icması yaşayan Birləşmiş Ştatlarla da bağlıyıq”, – o qeyd edib.

Eyni zamanda Nikoliç bir daha Avropa İttifaqına daxil olmaq arzusunu bildirib. Co Bayden öz növbəsində qeyd edib ki, Vaşinqton Serbiyanın Qərblə Rusiya arasında seçim etməsini gözləməyəcək.

Xatırladaq ki, daha əvvəl də Serbiyanın XİN İviça Daçiç Belqradın Avropa İttifaqına daxil olmaqda maraqlı olduğunu lakin bu addımı atmayacağını bildirib. Səbəb kimi isə Rusiya ilə münasibətlərin pozulacağını göstərib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə