Sensor ekranlı təyyarə illüminatoru
Sensor ekranlı təyyarə illüminatoru
02 Dekabr 2016 / 15:06 / Baxış sayı: 480
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Vision Systems” şirkəti sərnişinlərin əyləncəsi üçün nəzərdə tutulmuş sensor ekranlı təyyarə illüminatorlarını təqdim edib. Acti-Vision Window adlı illüminatorlar elektrokimyəvi şüşə və sensorlu ekran laylarından ibarətdir. Xüsusi interfeys vasitəsilə sərnişin həmin ekranda veb saytlara daxil ola, video və fotolara baxa bilər. Həmçinin ekranın parlaqlıq səviyyəsini də dəyişmək mümkündür. Bu zaman ekrandakı görüntü pəncərədən baxdığımız zaman gördüyümüz görüntü kimi əks olunacaq. Beləliklə bu rejimdə hava proqnozu, təyyarədən kənarda havanın temperaturu və ya uçuş haqqında məlumatı izləmək daha rahat olacaq.

Həmin illüminatorları bir toxunuşla söndürmək olacaq və gün işığının sərnişini narahat etməməsi üçün onları elektrokimyəvi şüşə xüsusiyyəti vasitəsilə qaraltmaq da mümkün olacaq.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə