bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Səndən ayrılacam…” – Nüşabə Ələsgərlidən ərinə qadağa – Video

2030 oxunma | Tarix: | 2 həftə öncə

Əməkdar artist Nüşabə Ələsgərli “Hüseynova bacıları” verilişinin növbəti qonağı olub. İfaçı həyat yoldaşı Rzanın döymə etdirməsinə qarşı çıxmasından danışıb: “Yoldaşım mənə göstədi ki, bu formada qoluma yazılı döymə etdirmək isdiyirəm. Dedim, qətiyyən icazə vermirəm. Söylədim ki, qoluna döymə etdirsən, səndən ayrılacam”.

Müğənni həyat yoldaşının ona danışdığı yalandan bəhs edib: “Mənə “yaxşı, etdirmərəm” dedi. Sonra gördüm ki, yekə döymə etdirib və qolunu da bağlayıb. Qızdırma filan da vermişdi, çox yekə idi, 45 iynə ilə vurmuşdular. Böyük şok yaşadım. Onunla dalaşdım ki, günahdır. Dedi ki, bu döymə müvəqqətidir, 3 aydan sonra gedəcək.

XƏBƏRLƏR:  Fədayə Laçın bu tarixdə azadlığa çıxacaq - Bacısı açıqladı

O zaman rahatladım. 3 ay gözlədim gördüm getmir. Dedim, bunu yu, getsin də. Qayıtdı ki, yox, ora sənin adını yazdırmışam. Sonradan bildim ki, mənim adım deyil”.

Xatırladaq ki, Nüşabə Ələsgərlinin hazırkı həyat yoldaşı Rza əslən İran vətəndaşıdır. O, əvvəllər ifaçının cangüdəni olub və ondan yaşca kiçikdir. Onlar 2011-ci ildə mediadan gizlin ailə qurmuşdular.

XƏBƏRLƏR:  Dilarə metroda "Dəm" oldu - Video

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir