Saxlanılan baş redaktor sərbəst buraxıldı
Saxlanılan baş redaktor sərbəst buraxıldı
07 Oktyabr 2016 / 18:13 / Baxış sayı: 694
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri həbs olunub. Bu gün səhər saatlarında Ş.Çəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Çəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar.

Ş.Çəfərinin xanımı ilə əlaqə saxlanıb. O, faktı təsdiq etsə də, yoldaşının hansı səbəbdən saxlanıldığı barədə məlumata malik olmadığını deyib: “Bizə heç nə demədilər. Evdə axtarış apardılar və sonra da Şirini apardılar. Hara apardıqlarını isə demədilər”. (Missiya.Az)

*  *  *

Bu gün “Gündəm xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə dəvət olunub. Modern.az-ın xəbərinə görə, baş redaktor qəzetdə dərc olunan yazılardan birinə aydınlıq gətirilmək üçün çağırılıb. Daha sonra o sərbəst buraxılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə