Şarl Aznavur: “Ermənistan ölür, xilas edəcək kimsə yoxdur”
Şarl Aznavur: “Ermənistan ölür, xilas edəcək kimsə yoxdur”
12 Avqust 2016 / 20:33 / Baxış sayı: 854
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Ermənistan günbəgün boşalır və çox yaxın gələcəkdə boş balıqqulağına çevrilə bilər. Bu kimə lazımdır? Üç quldur zənginə? Bütün bunlardan sonra bəziləri hələ də Türkiyənin “soyqırımı” tanımamasından danışır. Ermənistan özü isə çox ciddi fəlakətin astanasındadır”, – virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bütün dünyada məşhur şanson ifaçısı olan Şarl Aznavur bunları “Nouvelles d’Armenie” qəzetinə müsahibəsində deyib.

“Anlamıram, hal-hazırda bu, ölkənin inkişafına necə kömək edə bilər və bu siyasət bizi hara aparır? Məni bu sözlərimə görə qınayacaq və bunları Ermənistanın rifahı üçün etdiklərni deyə biləcək adamlar hardadır?

İstəyirəm ki, Ermənistanda nəhayət xalq, ölüb gedən xalq üçün də nəsə yaradılsın. İndi Ermənistanda neçə erməni qalıb? Mənə deyirlər ki, 2,3 milyon, hakimiyyət isə 3,6 milyon nəfər deyir. Yalandır. Tezliklə bu rəqəm 1,8 milyon, daha sonra isə ümumiyyətlə 1 milyon olacaq və büsbütün mafiyanın əlinə keçəcək. Həmin vaxt ölkəmizin rifahı üçün ümdlərimizi kimə bağlayacağıq? Çinlilərə?” – məşhur Şarl Aznavur sual verir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə