Sarkozi prezident olmaq istəyir
Sarkozi prezident olmaq istəyir
23 Avqust 2016 / 15:27 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2017-ci ildə ölkəsində keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini elan edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda o,”Twitter” səhifəsində yazıb.

“2017-ci ildə keçiriləcək prezident seçkisində namizədliyimi irəli sürəcəm”, – deyə, o bildirib.

Qeyd edək ki, prezident seçkisi 2017-ci ilin yazında keçiriləcək. Bunun üçün onun namizədliyi paritya tərəfindən irəli sürülməlidir. 61 yaşlı siyasətçi 2012-ci ildə keçirilən seçkidə Fransanın hazırkı prezidenti Fransua Ollanda uduzmuşdu.

Nikolya Sarkozi 2007-ci il mayın 16-dan 2012-ci il mayın 15-dək Fransanın prezidenti olub.

Xatırladaq ki, N.Sarkozinin təmsil olunduğu “Xalq Hərəkatı uğrunda İttifaq” 2015-ci ilin mayından “Respublikaçılar Partiyası” adlanır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə