“Sarkisyanı Koçaryan əvəz edəcək”…
“Sarkisyanı Koçaryan əvəz edəcək”…
27 Sentyabr 2016 / 16:12 / Baxış sayı: 662
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hazırda həbsdə olan Ermənistan prezidentliyinə keçmiş namizəd, “Yeni Ermənistan” partiyasının lideri Andrias Qukasyan vəkilləri vasitəsilə Ermənistan hökumətində baş vermiş son yerdəyişmələrlə bağlı siyasi bəyanatla çıxış edib. 

“Aleksan Arutyunyanın prezident aparatı rəhbərinin birinci müavini vəzifəsinə təyin edilməsi belə deməyə tam əsas verir ki, yeni hökumət prezident kreslosunun Serj Sarkisyandan Robert Koçaryana ötürülməsi üçün sadəcə pərdədir. Misli görünməmiş böhranda olan erməni cinayətkar oliqarxiyası oğurladığı əmlakın xilası yollarını axtarır.

Ermənistanda konstitusiya qayda-qanununun bərqərar olunmasına çalışan və xalqın iradəsini əks etdirən xadimlər artıq bu gün birləşməlidirlər ki, növbədənkənar prezident seçkiləri təyin ediləcəyi təqdirdə ölkəmizi məhvə aparan qüvvələrin regenerasiyasına (yenidən bərpasına – virtualaz.org) qarşı dura bilsinlər”, – Qukasyan deyib.

Xatırladaq ki, A.Qukasyan 29 iyun gecəsi Yerevanda ələ keçirilmiş polis alayının binasının yaxınlığında aksiya iştirakçıları ilə polis arasında vbaş vermiş toqquşma amanı həbs edilib. O, kütləvi iğtişaşların təşkilində ittiham olunur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə