Sarkisyan və Ter-Petrosyan Qarabağ üzrə eyni mövqedən çıxış edəcək SİYASİ TEXNOLOQDAN BƏYANAT
Sarkisyan və Ter-Petrosyan Qarabağ üzrə eyni mövqedən çıxış edəcək SİYASİ TEXNOLOQDAN BƏYANAT
25 İyul 2016 / 16:19 / Baxış sayı: 724
Font1 Font2 Font3 Font4
Bizimxeber

Serj Sarkisyan və Levon Ter-Petrosyan alyans yaratmaq və Qarabağ məsələsində vahid platforma ilə hərəkət etmək istəyirlər.

Virtualaz.org Ermənistan KİV-ə istinadən bildirir ki, bu bəyanatla erməni siyasi texnoloqu Viqen Hakopyan keçirdiyi mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, Ermənistanın birinci və üçüncü prezidentləri Yerevandakı Polis Alayının ələ keçirilməsi ilə bağlı da ortaq mövqedən çıxış ediblər. Onlar inanırlar ki, həddini aşan bu cür hərəkətlər xarici siyasət sahəsində Ermənistan üçün problem yaradır.

Və onun fikrincə, bu, heç də sürpriz deyil. Siyasi texnoloq Serj Sarkisyan və Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı yeni alyans yaratdıqları barədə Ermənistan Milli Məclisinin müxalif deputatı Nikol Paşinyanın qiymətləndirməsi ilə razılaşıb. İndiki halda, Viqen Akopyanın fikrincə, əsas məsələ Qarabağ məsələsinin dalana dirənməsidir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə