“Samsung” patrladı – Ev yandı, yaralananlar var -VİDEO
“Samsung”  patrladı – Ev yandı, yaralananlar var -VİDEO
18 Oktyabr 2016 / 12:38 / Baxış sayı: 1100
Font1 Font2 Font3 Font4
Bizimxeber

Daha bir “Samsung” telefonu faciəyə səbəb olub. Bizimxeber.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə Moskvada baş verib. Məlumata görə, üçotaqlı mənzildə “Samsung Galaxy” model smartfon partlayıb. Həmin vaxt evdə olan üç nəfərdən biri – smartfonun sahibi ağır bədən xəsarətləri alıb. Başı, üzü, boynu, əli yanan 55 yaşlı şəxs reanimasiyaya yerləşdirilib.

Smartfonun sahibi onu ötən gün aldığını və elektrik qidalandırıcısına qoşduğunu bildirib. O, yan otağa keçmək istəyərkən partlayış səsi eşidib. Geri qayıtdıqda divanın yandığını görən həmin şəxs yanğını söndürməyə çalışsa da, alınmayıb. O, son anda evdən çıxa bilib. Hadisə şahidlərinin sözlərinə görə, evin xanımını və qonağı qonşular evdən xilas ediblər.

Xatırladaq ki, “Samsung” rəhbərliyi yeni nəsil smartfonda özünü göstərən qüsura görə üzr istəyib və telefonların geri çağırılması barədə göstəriş verib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə