Samir Şərifov Vaşınqtona gedir
Samir Şərifov Vaşınqtona  gedir
06 Oktyabr 2016 / 11:31 / Baxış sayı: 800
Font1 Font2 Font3 Font4
Bizimxeber

Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondu və Dünya Bankının İllik Toplantısında iştirak etmək üçün Vaşinqtona gedir.

Bizimxeber.az  xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyev verib.

Qurum rəsmisi bildirib ki, 6-9 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək: “Toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağrışlarla bağlı müzakirələr aparılacaq”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə