​Salyanda mikroavtobus aşıb, 10 nəfər yaralanıb – YENİLƏNİB – SİYAHI
​Salyanda mikroavtobus aşıb, 10 nəfər yaralanıb – YENİLƏNİB – SİYAHI
08 Avqust 2016 / 10:32 / Baxış sayı: 592
Font1 Font2 Font3 Font4
Bizimxeber

Salyan rayonunda baş verən yol qəzasında yaralananların adları açıqlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə zamanı Neftçala rayon sakinləri 40 yaşlı Gülbəniz Nadir qızı Ağacanova, 28 yaşlı Taleh Əfqan oğlu Abdullayev, 32 yaşlı İbrahim Məzahir oğlu Cəfərov, 56 yaşlı Rövşən Əhməd oğlu Səlimov, 53 yaşlı Nərminə Həsənqulu qızı Səlimova, 43 yaşlı Zaur Rasim oğlu Məmmədov, 23 yaşlı Şəhla Elxan qızı Kərimova, 24 yaşlı Şəfa Məhərrəm qızı Ağayeva, 62 yaşlı Məlahət Əlixan qızı Şahbazova, Şamaxı rayon sakini 44 yaşlı Davud Tərlan oğlu Məmmədov müxtəlif bədən xasarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan “Report”a bildirilib ki, xəsarət alanların əksəriyyəti ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndəriləcək: “Xəstələrdən birinin vəziyyəti orta ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Salyan-Neftçala xətt marşrutu üzrə gedən “Ford” markalı mikroavtobus hərəkətdə olarkən qarşısına inək çıxıb. Nəticədə mikroavtobus idarəetməni itirərək aşıb.

Salyandan Bakıya gələn marşrut avtobusu aşıb. Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənovun Trend-ə verdiyi məlumata görə, hadisə Salyan-Neftçala magistralında baş verib. Hadisə nəticəsində mikroavtobusun 12 sərnişini müxtəlif dərəcəli bədən xəsarətlərləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Baş həkim bildirib ki, xəstəxanaya gətirilən sərnişinlər yüngül xəsarətlər alıblar. Onlara dərhal ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

***09:37

Salyan-Bakı marşrutu üzrə işləyən mikroavtobus aşıb.

Salyan-Neftçala magistralının Ərəbqardaşbəyli ərazisindən keçən hissəsində sərnişin daşıyan mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə