Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Salyanda maşın aşdı, ata öldü, oğul yaralandı – Yenilənib

910 oxunma | Tarix: | 3 həftə öncə

Salyanda iki nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara yolunun Salyan rayonu Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Biləsuvar rayon Aranlı kənd sakini, 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlu idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilini aşırdıb.

Nəticədə A.Fətullayev və oğlu 1996-cı il təvəllüdlü Fətullayev Əlı Ağamusa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Səlyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

XƏBƏRLƏR:  Ağcabədidə ad günündə baş vermiş qətlin TƏFƏRRÜATI

Qeyd edək ki, A.Fətullayevin vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

**

Salyanda baş verən qəza zamanı xəstəxanaya yerləşdirilən 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlunun  həyatını xilas etmək mümkün olmayıb. A.Fətullayev Salyan rayon mərkəzi  xəstəxanasının reanimasiya şöbəsində həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir