Salyanda azyaşl körpəsi qalan qadının intiharının təfərrüatları
Salyanda azyaşl körpəsi qalan qadının intiharının təfərrüatları
02 Avqust 2016 / 12:00 / Baxış sayı: 772
Font1 Font2 Font3 Font4
Bizimxeber
Salyanda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. 
Kənd sakini, 1982-ci il təvəllüdlü Yasəmən Kərimova özünü yaşadığı ünvanda asıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Qaynarinfo.Az intihar hadisəsinin bəzi təfərrüatlarını öyrənə bilib. Rayondan əldə etdiyimiz məlumata görə, Yasəmən Kərimova Cənub rayonlarından birindən Sarvana gəlin gəlib. Bir müddət əvvəl qonşuluqda yerləşən mağazalardan birindən pul oğurlanıb. Oğurluğa görə isə məhz Yasəmən Kərimova ittiham olunub.
Bu səbəbdən onun ailəsində problemlər yaranıb. İddiaya görə, hətta Yasəmən Kərimova bildirilib ki, atasını çağıraraq onun geri aparılmasının istəniləcəyi bildirilib. Bütün bunlardan sonra isə 34 yaşlı qadın intihar edib.
Qeyd edək ki, Yasəmən Kərimovanın azyaşlı qızı var imiş.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə