Salyanda 23 yaşlı oğlanı qətlə yetirən şəxs polisə könüllü təslim oldu
Salyanda 23 yaşlı oğlanı qətlə yetirən şəxs polisə könüllü təslim oldu
11 Sentyabr 2016 / 16:29 / Baxış sayı: 1542
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Salyan şəhər sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlunu ürək və bud nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib qaçan şəxs saxlanılıb. Bu, 1996-da anadan olmuş Salyan şəhər sakini Qurbanov Ağaqulu Qubad oğludur. O, könüllü olaraq Salyan Rayon Polis Şöbəsinə gəlib və qətl törətdiyini etiraf edib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

*   *   *14:20

Bu gün saat 12 radələrində Salyan şəhərində qətl hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Salyan şəhər sakini, 1993-cü ildə anadan olmuş Davudov Ağaverdi Sakit oğlu Kür çayının sahilində yerləşən, 2010-cu il daşqınlarından sonra istifadəsiz qalaraq uçulub dağılmış şadlıq evində naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Bıçaqlandıqdan sonra binadan çölə qaçan Sakit 5-6 metr aralıda küçəyə yıxılıb.

Hadisə yerinə çağırılmış təcili yardım maşını ilə xəstəxanaya aparılan yaralı yolda keçinib.

Hazırda qətli törətmiş şəxsin və ya şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Qohumlarının dediyinə görə, qətlə yetirilimiş gəncin atası Sakit tanınmış rəngsaz-usta olub. Ağaverdi də atasının yanında usta köməkçisi işləyirmiş. Bu gün də evdən iş yerinə yollanan gənc hansı səbəbdənsə, kimlərləsə birgə iş yerindən kənara gedib və qətlə yetirilib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə