Salyan sakini toyda bıçaqlandı
Salyan sakini toyda bıçaqlandı
14 Avqust 2016 / 10:56 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4
Bizimxeber

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, rayonun Babazənan yaşayış massivinin sakini, 32 yaşlı Rəşad Ramiz oğlu Novruzov Stansiyadakı şadlıq sarayında toyda olarkən tanımadığı şəxs tərəfindən 4 bıçaq yarası alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə