“Şakro”nun xəzinədarı qaçdı – kilolarla qızıl, on milyonlarla dollar 
“Şakro”nun xəzinədarı qaçdı – kilolarla qızıl, on milyonlarla dollar 
24 Oktyabr 2016 / 11:25 / Baxış sayı: 840
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kriminal aləmdə  “Şakro Molodoy” ləqəbli qanuni oğru Zaxari Kalaşovun xəzinədarı kimi tanınan Konstantin Manukyan beynəlxalq axtarışa verilib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Manukyanın Ermənistanda gizləndiyi ehtimal olunur.

Məlumata görə, “Şakro Molodoy”la Manukyan kriminal karyeralarını demək olar ki, eyni vaxtda, Tiflisdə başlayıblar. Manukyan ilk dəfə Gürcüstanda tanınmış bir qanuni oğrunu qətlə yetirdiyinə görə həbs edilib.  “Şakro”yla onların yolu da məhz həbsxanada kəsişib. Sonradan hər ikisi “Ded Xasan”a, Aslan Usoyana sədaqət andı içiblər.

Bəzi məlumatlara görə, son vaxtlaradək Rusiyada yaşayan Manukyan ölkədən özüylə bərabər kilolarla qızıl, on milyonlarla dollar vəsait çıxarıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə