“Şakro Molodoy”un dəstəsindən 5 nəfər tutulub
“Şakro Molodoy”un dəstəsindən 5 nəfər tutulub
25 Avqust 2016 / 11:13 / Baxış sayı: 608
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyada “kriminal general” Zaxari Kalaşovun (Şakro Molodoy) dəstə üzvləri saxlanılıb.

Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur. Məlumata görə, nazirliyin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən cinayətkar qruplaşmanın 5 üzvü ələ keçirilib. Saxlanılanlar arasında dəstənin lideri də var.

DİN-in məlumatına əsasən, kriminal dəstənin üzvləri “qanuni oğru” Kalaşovun adından fəaliyyət göstərərək sahibkardan 10 milyon rubl mənibsəyiblər. Faktla əlaqədar cinayət işi başladılıb.

Cinayətkar qruplaşmanın şəxsi mühafizə təşkilatı şəklində fəaliyyət göstərdiyi bildirilir. Bu isə onun üzvlərinə sərbəst formada silah gəzdirmək üçün imkan verib. Məhz odlu silahlar vasitəsilə qruplaşma üzvləri sahibkarlara təzyiq göstəriblər.

Nazirlikdən verilən məlumata görə, dəstənin lideri üzvləri xüsusi diqqətlə seçib. Qruplaşmanın demək olar ki, bütün üzvləri Moskva və onun ətraf ərazilərdəndirlər. Onlar idman trenajorları və döyüş zalı olan məkanla təchiz edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şübhəlilər xüsusi amansızlıqla fəaliyyət göstəriblər. Bir sıra hallarda onlar zərərçəkmişlərə dəmir dəyənəklər vasitəsilə zərbə endiriblər. Bu dəyənəklər də axtarış zamanı ələ keçirilib.

Bundan əlavə, saxlanılan şəxslərdən döyüş silahları, həmçinin sənədlər və audio yazılar da ələ keçirilib. Bu materiallar onların qanunsuz fəaliyyətini təsdiq edir.

Hazırda Daxili İşlər Nazirliyi saxlanılanlar tərəfindən törədilən cinayət işlərinin dəqiq sayını müəyyən edir.

Xatırladaq ki, Zaxari Kalaşov cari il iyulun 13-də həbs olunub. O, sahibkardan pul mənimsəməkdə ittiham edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə