Şair Gülağa Tənha məhkəmədə ifadə verdi – Çovdarov işi
Şair Gülağa Tənha məhkəmədə ifadə verdi  – Çovdarov işi
07 Oktyabr 2016 / 13:05 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bu gün əbsdə olan general Akif Çovdarovun zərərçəkəni, hazırda dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib. 
İ.Qasımov dələduzluq etmədiyini bildirib: ” Xeyriyyəçi adamam. Hamısı yalandır. Bizim işlərimiz qaydasında gedirdi. Bu işdə ortaya girən oldu, Gülağa müəllimi qızışdırdı. Onlar fikirləşirdilər ki, Gülağa müəllimlə İlham birləşib hər yerdə binalar tikəcəklər. Bunu həmin şəxsin gözü götürmədi və Gülağa müəllimi aldatdı. Mən Gülağa müəllimə söyməmişəm”. Proses oktyabrın 14- də davam edəcək. Həbsdə olan general Akif Çovdarovun zərərçəkəni, hazırda dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Gülağa Qəmbərov (Gülağa Tənha) ifadə verib. O, ifadəsində 19,5 milyon dollar pulu İ.Qasımova verdiyini deyib: “İş qurmaq üçün həmin pulu ona verdim. Biz 10 milyon dollar pula ev tikməliydik. 5 milyon dolları isə işlər tamamlanmalı idi. Lakin işlər alınmadı. Sonra hüquq-mühafizə orqanına müraciət elədim”.

Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir.

O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə