bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Şahzadə Harri 22 il əvvəl anasının görüşdüyü adamların yanında – FOTO

1834 oxunma | Tarix: | 3 həftə öncə

Britaniya şahzadəsi Harri 22 il əvvəl anası Şahzadə Diananın qəlbini ağır həyat dramı ilə sarsıdan qadınla tanış olub. Bizimxeber.az  xəbər verir ki, Şahzadə anası Diana kimi təkcə Anqola ziyarətini davam etdirir.

Sasseks hersoqu 22 il əvvəl şahzadə Diana kimi mina sahələrini ziyarət edib. Daha sonra o qanlı vətəndaş müharibəsi zamanı atılan mərmi təsirinə məruz qalan insanlarla görüşüb.

Onların arasında 38 yaşlı Sandra Tigika da var. 1997-ci ildə ayağı olmayan 16 yaşlı qız şahzadə Diana ilə görüşmək üçün şans qazanmışdı. Həmin unudulmaz görüşdən bütün dünyaya yayılmış bir neçə foto qalıb.

XƏBƏRLƏR:  Ərdoğan ABŞ-ın vitse-prezidentini pərt etdi - Video

Şəkildə Sandranın Luandadakı ortopedik atelyedə əncir ağacının altında Ledi Dinin yanında oturması təsvir olunub.

“O vaxt mən çox kiçik qız idim. Protezin necə oturacağını görmək üçün dizim ölçüldü. Bu prosesi izləyən şahzadə Diana göz yaşlarını saxlaya bilmədi. Daha sonra bayıra çıxdıq, əncir ağacının altında oturduq və o mənimlə söhbətləşdi. O an özümü çox xoşbəxt və əlil olmayan biri kimi hiss etdim. Şahzadənin yanında oturmaq böyük bir şərəf idi”, – deyə Sandra unudulmaz görüş haqqında fikirlərini bölüşüb.

XƏBƏRLƏR:  490 nəfər saxlandı - Onlar arasında uşaqlar da var

O, Şahzadə Harri ilə görüşünü 22 il əvvəl başına gələn bu cür gözəl hekayənin davamı kimi şərh edib. İndi Sandra gözəl bir qız övladının anasıdır. Qızına Şahzadə Diananın adının verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir