Əsas menu

Şagirdinə sataşmaqda ittiham olunan yaşlı müəllimi döydülər – VİDEO 

Cəlilabad rayonunda yaşlı kişinin döyülməsilə bağlı video yayılıb. Sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi yaşlı kişi bir neçə şəxs tərəfindən vəhşicəsinə döyülür. Yaşlı kişinin əlləri bağlanıb. Onu döyən şəxslər kişini təhqir edirlər.

Bildirilir ki, döyülən kişi Cəlilabad rayonunda məktəblərin birində müəllim işləyir. Deyilir ki, guya həmin müəllim şagirdlərdən birinə əxlaqsız təklif edib. Əxlaqsız təkliflər edilən qızın dayısı da həmin müəllimi döyür. Məsələ ilə bağlı Cəlilabad Təhsil İdarəsilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, həmin məsələ ilə bağlı sosial şəbəkələrdən və mətbuatdan xəbər tutublar.

“Hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra dəqiq məlumat vermək olar”, – deyə qurumdan bildirilib.

Hüquq mühafizə orqanlarından isə bildirdilər ki, məsələ ilə bağlı şikayət və məlumat daxil olarsa araşdırma aparılacaq: “Video yayılanda və şikayət daxil olanda müvafiq orqanlarda araşdırma aparılır. Ola bilər video köhnədir və s”. (BAKU.WS)

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*