Şagirdi döyən müəllim və məktəb direktoru işdən qovuldu
Şagirdi döyən müəllim və məktəb direktoru işdən qovuldu
20 Oktyabr 2016 / 13:34 / Baxış sayı: 296
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb. 

Bakı şəhəri üzrə Təhsil idarəsinin mətbuat xidmətindən verilən xəbərə görə, idarə tərəfindən müəllimin orta məktəb şagirdinə qarşı xəsarət yetirməsi faktı üzrə tədbirlər görülüb.

Belə ki, Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb. Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, S.İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.

Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə